Almaniyada yaşayan azərbaycanlı həkimlər elmi müzakirələri davam etdirirlər

16 sentyabr, 2024

Almaniyada yaşayan azərbaycanlı həkimlər elmi müzakirələri davam etdirirlər

Almaniyada yaşayan Azərbaycanlı Həkimlərin Bonnda keçirilən III Forumu növbəti panel müzakirələri ilə davam edib. “Elmi və klinik təcrübənin harmoniyası: birgə uğurun sirrləri” mövzusundakı  panel iştirakçıların marağına səbəb olub və əsl elmi müzakirə platformasına çevrilib. Panelin moderatoru Essen Universitet Klinikasında neyrocərrahiyyə üzrə aparıcı mütəxəssis Prof. Dr. Ramazan Cabbarlı olub.

Müzakirələrdə Frankfurt Universitet klinikasında ginekologiya və doğum institutunun aparıcı mütəxəssisi Dr. Xəyal Qasımlı, Maqdeburq Universitet Klinikasında ümumi, visseral, damar və transplantalogiya cərrahiyyəsi üzrə mütəxəssis həkim PD Dr. med. Mirhəsən Rəhimli, EKK Weyertalda ginekologiya və doğum şöbəsinin aparıcı mütəxəssisi PD Dr. med. Elvin Piriyev, Münhen Universitet xəstəxanasının, ümumi, abdominal və transplantoloji cərrahiyyə həkimi Dr. med. Uğur Ağamaliyev, Sangerhauzendə nevrologiya şöbəsinin həkimi Qumaş Babayeva, Bayreuth Klinikasında daxili xəstəliklər və kardiologiya şöbəsinin həkimi Fidan Malikova məruzə ilə çıxış edib, təcrübələrini bölüşüblər.

Müxtəlif mövzulara toxunan azərbaycanlı həkimlər həm də yeni təkliflər irəli sürüb, həmkarlarının Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə diqqət çəkiblər.       

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində, II Forum 18 noyabr 2023-cü ildə Berlin şəhərində təşkil edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər