Aktauda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş açıq dərs keçirilib

21 oktyabr, 2024

Aktauda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş açıq dərs keçirilib

Qazaxıstan Aktau şəhərində fəaliyyət göstərən Azərbaycan Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş açıq dərs keçirilib.

Mərkəzin direktoru, Yessenov Universitetinin "Beynəlxalq Münasibətlər və Turizm" kafedrasının baş müəllimi İlkin Orucov Azərbaycanın müstəqillik yolunda keçdiyi mərhələlərdən, Ümummilli Lider Heydər Əliyevin rolundan və gənclərin müasir dövrdə müstəqil dövlət quruculuğu yolunda üzərinə düşən vəzifələrdən bəhs edib.

Daha sonra tələbələr çıxış edərək müstəqillik mövzusunda öz fikirlərini bölüşüb.

Tədbirin sonunda Azərbaycanın müstəqilliyinin tarixi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyəti və müstəqil gəncliyin rolu əks olunan videoçarx göstərilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər