ABŞ-nin “Suburban Living Magazine” jurnalında Xocalı soyqırımı ilə bağlı məlumat dərc olunub

3 mart, 2025

ABŞ-nin “Suburban Living Magazine” jurnalında Xocalı soyqırımı ilə bağlı məlumat dərc olunub

ABŞ-nin Şimali Karolina ştatının Apeks, Fuquay Varina və Holli Springs şəhərlərində geniş oxucu kütləsinə malik “Suburban Living Magazine” jurnalında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumat dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşkilatçılığı ilə dərc olunan məlumatda “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyasına diqqət cəlb edilib. Bildirilib ki, adıçəkilən kampaniya Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda daim yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Məlumatda www.justiceforkhojaly.org səhifəsi də istinad olaraq göstərilib.

Qeyd edək ki, jurnal 10 ilə yaxındır ki, nəşr olunur və jurnalda bundan öncə də Xocalı soyqırımının 30 və 31-cü ildönümü ilə bağlı məlumatlar dərc edilib.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://hollysprings.suburbanlivingmag.com/flipbook/mobile/index.html#p=31

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər