ABŞ mətbuatında Azərbaycanda keçiriləcək COP29-la bağlı məqalə dərc olunub

12 iyun, 2024

ABŞ mətbuatında Azərbaycanda keçiriləcək COP29-la bağlı məqalə dərc olunub

Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşəbbüsü ilə Amerikanın iki məşhur media orqanı olan - “Monday Newspaper” və “Digital Journal News”-da COP29-la bağlı “COP29: Azərbaycan İqlim Liderliyinin Ön Cəbhəsində” başlıqlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylər yüksək qiymətləndirilib.

BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Nyu-Yorkda keçirilmiş Gənclər Forumunda  COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənovanın, Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri Günay Məmmədovanın və Akademik İnkişaf üzrə direktoru Mehriban Hüseynovanın iştirakı haqqında məlumat verilib.  Qeyd edilib ki, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm addımlar atılır.

Həmin məqalələri aşağıdakı linklər vasitəsilə oxumaq mümkündür:

https://www.mondaynewspaper.com/2024/06/05/cop29-azerbaijan-at-the-forefront-of-climate-leadership/  

https://www.digitaljournal.com/pr/news/binary-news-network/cop29-azerbaijan-forefront-climate-leadership-1912706277.html

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər