Azərbaycan Parisdəki “Assosiasiyalar Forumu”nda təmsil olunub
12 sentyabr, 2022.jpg)
Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edib.
15-ci rayon meriyasının qarşısındakı meydanda təşkil olunan tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən guşələr qurulub.
Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini əks etdirən kitablar, milli əşyalar, geyimlər, xalçalar və mətbəx nümunələri nümayiş etdirilib. Qeyd edək ki, kitablar fransız dilində Heydər Əliyev Fondu tərəfindən nəşr edilib.
Azərbaycan guşəsini çoxsaylı qonaqlar ziyarət edib. Onların arasında 15-ci rayonun meri Filip Qujon da olub. Ziyarətçilərə ADFA-nın fəaliyyəti, eləcə də ölkəmizin tarixi, mədəniiyyəti və adət-ənənələri barədə ətraflı məlumatlar verilib. Qonaqların məlumatlandırılması prosesində Parisdə yaşayan diaspor nümayəndələrimiz də iştirak ediblər.
Xatırladaq ki, Parisin 15-ci rayonu (arrondissement de Vaugirard) Fransa paytaxtının 20 inzibati rayonundan biridir. Sena çayının sol sahilində yerləşir. Əhalinin ən sıx məskunlaşdığı rayon Vojirar və Qrenel şəhərlərinin 1860-cı ildə Parisə birləşdirilməsindən sonra yaranıb.
Foto qalereya
Digər xəbərlər