Azərbaycan Fransada keçirilən “Business Art Fair” sərgisində təmsil olunub

25 oktyabr, 2022

Azərbaycan Fransada keçirilən “Business Art Fair” sərgisində təmsil olunub

Parisdə yerləşən “Business Art Fair” Müasir İncəsənət Sərgisində ölkəmizi Fransada yaşayan azərbaycanlı rəssam Mehri Quliyeva təmsil edib.

 

Fransa paytaxtının San Jermen de Pre (Saint Germain des Prés) rayonundakı Nesle mərkəzində keçirilən sərgidə Mehri Quliyevanın müxtəlif janrlarda yaratdığı tablolar nümayiş etdirilib. Azərbaycanlı rəssamın yaradıcılığı sərgi ziyarətçilərində böyük maraq doğurub.

 

Rəssam bu sərgidə Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə iştirak edib.

 

Qeyd edək ki, “Business Art Fair” sərgisi artıq 14 ildir təşkil olunur. Yüzə qədər rəssamın iştirak etdiyi sərgi incəsənət, iş dünyası və geniş ictimaiyyət arasında mübadilə platforması kimi tanınır.

 

Fransada müxtəlif rəsm müsabiqələrində iştirak edən Mehri Quliyeva 2017-ci ildə Xocalı faciəsinə həsr olunmuş müsabiqənin qalibi olub. UNESCO tərəfindən müdafiə olunan, davamlı inkişafın və sülhün təşviqində mədəniyyətin rolunun gücləndirilməsi kimi dəyərləri dəstəkləyən rəssam bu təşkilatın sülh naminə təşkil etdiyi tədbirlərdə Azərbaycanı təmsil edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər