Azərbaycan diasporuna itki üz verib
5 iyul, 2024Almaniyanın Köln şəhərində yaşamış və uzun illər ölkə xaricində diaspor fəaliyyəti ilə məşğul olmuş Halis Tezel 79 yaşında vəfat edib.
Qeyd edək ki, Halis Tezel Almaniyada ilk Azərbaycan Evinin təsisçisidir. O, 1990-cı ildə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinə etiraz əlaməti olaraq Köln katedralının qarşısında keçirilmiş izdihamlı mitinqin təşkilatçısı olub. Mərhum Halis Tezel yeni fəaliyyətə başlayan diaspor təşkilatları və mədəniyyət mərkəzlərinə göstərdiyi daimi dəstəyi ilə yaddaşlarda qalıb.
Almaniyanın Köln şəhərində vəfat edən diaspor nümayəndəsi Türkiyənin İzmir şəhərində torpağa tapşırılıb.
Almaniyada yaşayan Azərbaycan icması və Diasporla İş üzrə Dövlət Komitəsi Halis Tezelin vəfatından kədərlənir, mərhumun ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir.
Foto qalereya
Digər xəbərlər