İsveçrədə Azərbaycan əsilli fransız yazıçısı Baninə həsr olunmuş tədbir keçirilib
29 oktyabr, 2024İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyi bu ölkədə yaşayan soydaşlarımızı bir araya gətirmək məqsədilə "Ürək isidən görüşlər" adlı yeni bir layihəyə başlayıb.
Layihə çərçivəsində ilk görüş görkəmli Azərbaycan əsilli fransız yazıçısı Baninin (Ümmülbani Mirzə qızı Əsədullayeva, 1905-1992) həyat və yaradıcılığına həsr edilib.
Birliyin idarə heyətinin üzvü Ramilə Mehdiyeva görüş iştirakçılarına Baninin Bakıdan başlayıb Fransada bitən həyat yolundan bəhs edib. Onun həyatı ilə bağlı maraqlı faktlar səsləndirib. Bununla yanaşı, diaspor nümayəndələrinə Baninin Azərbaycan dilinə tərcümə olunmuş üç əsəri “Qafqaz günləri”, “Paris günləri” və “Nami” əsərləri barədə dolğun məlumat verilib, müəllifdən sitatlar gətirilib.
Yazıçının həyat və yaradıcılığı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Görüşün sonunda iştirakçılar Baninin ilk qələmə aldığı "Nami" kitabını əldə edib.
Foto qalereya
Digər xəbərlər