Virciniyada ABŞ-də yaşayan azərbaycanlı uşaqların sərgisi keçirilib

29 oktyabr, 2024

Virciniyada ABŞ-də yaşayan azərbaycanlı uşaqların sərgisi keçirilib

Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin təşkilatçılığı ilə balaca soydaşlarımızın “Mənim sehrim” adlı rəsm sərgisi keçirilib. Sərgidə rəsm müəlliməsi Aytən Mövlamovanın 10 şagirdinin 40-dan çox rəsm əsəri nümayiş olunub.  Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Mahmud Mahmudzadə də sərgiyə qatılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova layihənin davamlı şəkildə həyata keçirilməsinin Azərbaycan icmasının birliyinə, uşaqların asudə vaxtının səmərəli təşkilinə xidmət etdiyini bildirib.

Sərginin iştirakçısı və ziyarətçisi uşaqlara müxtəlif hədiyyələr verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər