“Liderliyin inkişafı” Proqramı

 

Proqramın məqsədi xaricdəki soydaşlarımız arasında milli kimliyin qorunub-saxlanılması və təşviqinə dəstək verilməsi, Azərbaycan reallıqlarının dünyaya yayılması, icmalarımız və Azərbaycana dost olan digər xalqların diaspor təşkilatları ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması işinə töhfə verilməsi və bu məqsədlə icma üzvlərində liderlik keyfiyyətlərinin təşviq olunması təşkil edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 16-21 dekabr 2019-cu il tarixlərində “Liderliyin inkişafı” Proqramı çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən nümayəndələr ölkəmizə səfər edib və bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşüb.