Rəhbərlik

Sədr

My alt text

Fuad Rauf oğlu Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur.

1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur.

2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur.

10 elmi əsərin və monoqrafiyanın müəllifidir.

İngilis, fransız və rus dillərini bilir.

2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilmişdir.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004-2012-ci illərdə isə sədri olmuşdur.

2005-2015-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olmuşdur.

2005-ci ildə keçirilmiş III Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.

2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.

2010-cu ildə keçirilmiş IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

2011-2018-ci illərdə "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri olmuşdur.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvü olmuşdur.

25 iyun 2011-ci ildən Krans Montana Forumunun "Sabah üçün yeni liderlər"in üzvüdür.

2012-ci ildə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri seçilmişdir.

2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2018-ci ilədək Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olmuşdur. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

2015-ci ildən Münix Gənc Liderlərin üzvüdür.

2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.

Bitərəfdir.

Evlidir.

 

Sədrin birinci müavini

My alt text

Valeh Tofiq oğlu Hacıyev 1958-ci il may ayının 7-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub.

1965-1975-ci illərdə Ağdaş şəhər orta məktəbində təhsil alıb.

1975-1976-cı illərdə “Oktyabr İnqilabı” adına Bakı maşınqayırma zavodunda çalışıb.

1977-1979-cu illərdə hərbi xidmətdə olub.

1979-1980-ci illərdə Ağdaş rayon Partiya Komitəsində çalışıb.

1980-1985-ci illərdə Bakı şəhərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisası üzrə təhsil alıb.

1985-1991-ci illərdə Bakı “Quraşdırma və montaj” idarəsində iş icraçısı, sahə rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.

1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub.

2001-2002-ci illərdə İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

AR Prezidentinin 06.07.2012-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir.

 

Sədrin müavini

My alt text

Vaqif Həsən oğlu Seyidbəyov 13 iyul 1980-ci ildə Bakı şəhərində anadan olub.

1987-1997-ci illərdə Nəsimi rayonundakı 152 saylı orta məktəbdə təhsil alıb.

1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

2003-2006-cı illərdə müxtəlif gənclər təşkilatlarında fəaliyyət göstərib.

2006-cı ilin mart ayından Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbayacanlılarla İş üzrə Dövlət Komitəsinin Ərazi şöbəsinin məsləhətçisi, 2007-ci il yanvar ayından 1-ci ərazi şöbəsinin aparıcı məsləhətçi, 2011-ci ilin mart ayınan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclərlə İş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

2017-ci ilin aprel ayından Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I Avropa idarəsinin Qərbi Avropa şöbəsinin birinci katibi,2017-ci ilin avqust ayından Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin birinci katibi vəzifəsində çalışıb.

2020-ci ilin avqust ayında öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2020-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir.

Ailəlidir.

 

Sədrin müavini

My alt text

Elşad Nuqay oğlu Əliyev 28 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub.

1985-1995-ci illərdə Bakı şəhəri Səbail rayonundakı 190 saylı orta məktəbdə təhsil alıb.

1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetinin İngilisi-fransız dilləri fakültəsində bakalavr, 1999-2001-ci illərdə magist təhsili alıb.

2001-2002-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

2003-2010-ci illərdə müxtəlif dövlət qurumlarında çalışıb. 

2011-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I Avropa idarəsinin Qərbi Avropa şöbəsinin birinci katibi, eyni zamanda 2012-2016-cı illərdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsində çalışıb.

2018-2020-ci illədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

İngilis, fransız, rus və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.