Diaspor Gənclərinin II Yay Düşərgəsi

My alt text

Diaspor Gənclərinin “Nəsimi-650″ II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 2019-cu il 9-14 iyun tarixlərində Şamaxı şəhərində keçirilib.  

Yay Düşərgəsində 47 ölkədən 107 diaspor gənci iştirak edib.

II Yay Düşərgəsi çərçivəsində xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər keçirilib.