"Diaspor Gəncləri 1+1" layihəsi

Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsi və tarixi torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşmışdır. Müharibə bitsə də, beynəlxalq ictimiayyəti məlumatlandırmaq, işğal dövründə uzun illər erməni qəsbkarlarının həyata keçirdiyi vandalizm aktlarının sübut və nümunələrini, eləcə də həyata keçirilmiş ekoloji terror, o cümlədən ərazilərin minalanması, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin, qəbristanlıqların, ibadət yerlərinin talan edilərək dağıdılması kimi faktları göstərmək, beynəlxalq qurumları, təşkilatları, eləcə də xarici ictimaiyyəti məlumatlandırmaq dövlətimizin yürütdüyü çox vacib istiqamətlərdən biridir.

Qeyd edilən istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ildən etibarən “Diaspor Gəncləri 1+1” layihəsi həyata keçirilir. Layihənin məqsədi ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal müddətində ermənilər tərəfindən törədilmiş vandalizm aktlarını, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini, işğaldan sonra azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma və bərpa-quruculuq prosesini layihə iştirakçıları vasitəsilə xaricdə geniş işıqlandırmaqdır.

Layihə çərçivəsində xaricdə yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan diaspor gənclər təşkilatlarının rəhbərlərinin və ya fəal üzvlərinin, eyni zamanda yaşadıqları ölkədən olan bir nəfər xarici, nüfuzlu gəncin onlarla birlikdə Azərbaycana səfəri təşkil edilir. Xarici iştirakçı da daxil olmaqla layihədə 18-29 yaşlı gənclər iştirak edə bilər.

Səfər müddətində gənclər Azərbaycanın multikultural zənginliyi, eyni zamanda uzun illər işğal altında qalan və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən işğaldan azad edilmiş torpaqlarda törədilmiş erməni vəhşilikləri və işğaldan sonrakı dövrdə sürətlə davam edən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə edirlər. Nəzərdə tutulmuş proqrama uyğun olaraq iştirakçıların Bakı, Gəncə, Bərdə, Şuşa, Xankəndi şəhərlərinə səfərləri təşkil olunur.

2021-ci il 23-29 avqust tarixlərində keçirilmiş ilk proqramda 9 ölkədən (Rusiya, Ukrayna, Kanada, Estoniya, İtaliya, Fransa, Polşa, ABŞ və İordaniya) 18 nəfər gəncin (9 nəfər azərbaycanlı gənc, 9 nəfər xarici gənc) iştirak etmişdir.

Layihə çərçivəsində diaspor gəncləri Bakı, Gəncə, Bərdə, Ağdam və Füzuli şəhərlərində tarixi, dini və mədəni abidələri ziyarət edib, eyni zamanda işğaldan azad olunmuş bölgələrimizdə erməni vəhşiliyinin, cəbhə xəttindən kənarda yerləşən şəhərlərdə isə erməni terrorunun nəticələri ilə tanış olublar.

2025-ci il 18-24 iyun tarixlərində keçirilmiş növbəti proqramda 3 ölkədən (Böyük Britaniya, Kanada, Özbəkistan) 6 nəfər gənc (3 nəfər azərbaycanlı gənc, 3 nəfər xarici gənc) iştirak etmişdir.

Proqrama əsasən diaspor gəncləri Bakı, Gəncə, Bərdə, Şuşa, Xankəndi şəhərlərində, Ağdam və Xocalı rayonlarında tarixi, dini və mədəni abidələri ziyarət edib, eyni zamanda işğaldan azad  edilən bölgələrimizdə erməni vəhşiliyinin, cəbhə  xəttindən kənarda yerləşən şəhərlərdə isə erməni terrorunun nəticələri ilə tanış olublar.

2026-cı il 3-6 avqust tarixlərində keçirilmiş növbəti proqramda 3 ölkədən (Litva, Almaniya, Misir) 6 nəfər (2 nəfər azərbaycanlı gənc, 4 nəfər xarici gənc)  gənc iştirak etmişdir.

Proqram çərçivəsində qonaqlar Bakı, Şuşa və  Xankəndi şəhərlərində müxtəlif  tarixi, dini və mədəni abidələri ziyarət edib, işğaldan azad  edilən bölgələrimizdə görülən tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Foto qalereya