Xalq rəssamının Almaniyada “Türk dünyası” adlı sərgisi açılıb

9 oktyabr, 2024

Xalq rəssamının Almaniyada “Türk dünyası” adlı sərgisi açılıb

Almaniyada yaşayan Azərbaycan Respublikasının Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətin “Türk dünyası” adlı fərdi sərgisi açılıb.

Yunus Emre İnstitutunun təşkilatçılığı ilə institutun Berlindəki mərkəzində baş tutan sərgidə görkəmli rəssamın 38 əsəri nümayiş olunur. Rəsmlərdə geniş coğrafiyanı əhatə edən Türk dünyasının zəngin tarixi-mədəni irsi, memarlıq abidələri, adət-ənənələri öz əksini tapıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər