Xabarovskda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

29 mart, 2024

Xabarovskda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Rusiyanın Xabarovsk şəhərində “Azərbaycanlılar Birliyi” ictimai təşkilatının dəstəyi ilə baharın müjdəçisi, birlik və həmrəylik rəmzi sayılan Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə müxtəlif ictimai təşkilatların və dost xalqların nümayəndələri iştirak ediblər.

Bayram proqramında  Azərbaycanın milli rəqsləri və musiqi nömrələri ilə yanaşı rus, tacik, özbək rəqsləri və mahnıları da ifa olunub. 

Təşkilatın sədri Məmməd İsgəndərov qonaqlara Novruz bayramının qədim tarixi və ona xas adət-ənənələr barədə geniş məlumat verib.  Azərbaycan mətbəxinin müxtəlif təamları və şirniyyatlarından ibarət bayram süfrəsi açılıb. Həmçinin,  qonaqlar arasında Azərbaycan mədəniyyəti və adət-ənənələri üzrə bilikləri yoxlamaq məqsədilə viktorina keçirilib ki, bu da tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir çərçivəsində rəmzi olaraq Səməni və Qız qalası simvollarından ibarət foto zona təşkil edilib.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər