Vladivostokda Novruz bayramı qeyd edilib

29 mart, 2024

Vladivostokda Novruz bayramı qeyd edilib

Vladivostok şəhərində “Azərbaycan Konqresi” Primorye regional milli-mədəni ictimai təşkilatının təşəbbüsü ilə xalqımızın milli bayramı Novruz qeyd olunub.

Tədbirdə Primorye diyarının qubernatoru, diyar rəhbərliyi, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz iştirak edib.

Tədbirdə çıxış edən Primorye diyarının qubernatoru Oleq Kojemyako bayram münasibətilə Azərbaycan diasporunun nümayəndələrini təbrik edib, onlara regionun iqtisadiyyatına verdikləri töhfəyə görə təşəkkür edib.

Təşkilatın rəhbəri Mərdan Novruzov da yazın gəlişini müjdələyən Novruz bayramı münasibətilə tədbir iştirakçılarına ən xoş arzularını çatdırıb, azərbaycanlıların birliyinin daim olmasını arzu edib.

Tədbirdə çıxış edən Vladivostok şəhərinin meri Konstantin Şestakov Azərbaycan diasporunun regionun iqtisadiyyatına dayaq olmaqla yanaşı, ölkənin milli-mənəvi dəyərlərinə, millətlərarası sülhün və əmin-amanlığın qorunmasına xidmət etdiyini qeyd edib.  

Primorye diyarının vitse-qubernatoru Sergey Yefremov, Regional siyasət, qanunvericilik və beynəlxalq əməkdaşlıq komitəsinin rəhbəri Cambulat Tekiyev, Artem şəhərinin meri Vyaçeslav Kvon və başqaları Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər