“Vətən uzaqda deyil” verilişinin növbəti buraxılışı Almatıda çəkilib

18 aprel, 2024

“Vətən uzaqda deyil” verilişinin növbəti buraxılışı Almatıda çəkilib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları “Vətən uzaqda deyil verilişi”nin növbəti buraxılışının hazırlanması üçün Qazaxıstanda fəaliyyət göstərən “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyinin Almatı filialında  olub.

Filialın fəaliyyəti ilə tanış olan əməkdaşlar diaspor üzvlərinə Komitənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən layihələr haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Komitənin dəstəyi ilə Qazaxıstanın müxtəlif vilayətlərində fəaliyyət göstərən həftəsonu məktəblərinin sayının artırılması nəzərdə tutulub.

“Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyinin Almatı şəhər filialının sədri Qəhrəman Sadıyev təşkilatın fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib. Filialın nəzdindəki Gənclər Şurasının üzvləri gənclərlə iş sahəsində mövcud imkanlardan və gələcək perspektivlərdən bəhs ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər