Belçikada 28 May – Respublika Gününə həsr olunmuş şahmat turniri keçirilib

30 aprel, 2024

Belçikada 28 May – Respublika Gününə həsr olunmuş şahmat turniri keçirilib

Belçikanın Brüssel şəhərində tariximizin ən şanlı və parlaq səhifələrindən biri, 28 May – Respublika Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Turnir Belçikada fəaliyyət göstərən FireLand Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Tədbirin açılış mərasimində çıxış edən təşkilatın sədri İlahə Tağıyeva əvvəlcə qonaqlara təşkilat barədə məlumat verib. O, şahmat dərslərini Belçikada təhsil alan həmyerlimiz Qırxıyev Elmirin başlanğıc və orta səviyyəli qruplar üzrə keçdiyini deyib. Şahmat dərslərində bugünə kimi 20-dən çox uşağın mütəmadi iştirak etdiyini bildirib.  

Daha sonra Azərbaycanın Belçikadakı səfiri cənab Vaqif Sadıqov çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, yarış Belçika, Fransa və Hollandiyadan qatılan 25 uşağın iştirakı ilə 3 fərqli səviyyə üzrə keçirilib. Tədbirin sonunda bütün iştirakçılara sertifikat və medallar, qaliblərə isə hədiyyələr təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər