Aşıq Ələsgər nəslinin Qazaxıstanda yaşayan davamçıları “Vətən uzaqda deyil” proqramında

30 aprel, 2024

Aşıq Ələsgər nəslinin Qazaxıstanda yaşayan  davamçıları “Vətən uzaqda deyil” proqramında

Dünya azərbaycanlılarından bəhs edən “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Qazaxıstanın Almatı şəhərində çəkilib.

Proqramın qonaqları Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin nəslinin davamçıları olub. Onlar Qərbi Azərbaycandan deportasiya olunmaları, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmaları, daha sonra isə Qazaxıstana köçmələri barədə danışıblar. Proqram Diaspor TV-də və İctimai TV-də yayımlanıb.

Qeyd edək ki, jurnalist, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin 6 ildir fəaliyyət göstərən internet televiziyası Diaspor TV-nin  İctimai televiziya ilə ortaq layihəsidir.

Ayda iki dəfə İctimai TV-nin efirində yayımlanan  “Vətən uzaqda deyil” proqramında bu  günə kimi dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə soydaşımız haqqında maraqlı videomateriallar təqdim edilib.

Aşıq Ələsgərin nəslinin Qazaxıstanda yaşayan nümayəndələrinin həyatından bəhs edən verilişi aşağıdakı linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=yoWbqsH9HMw

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər