Salonikidə Ulu Öndər Heydər Əliyev anılıb
11 dekabr, 2024Yunanıstanın Saloniki şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Diasporla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycanın Yunanıstandakı Səfirliyinin dəstəyi, “QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Yunanıstandakı səfiri, Türkiyənin və Gürcüstanın Saloniki şəhərindəki baş konsulluqlarının əməkdaşları, yerli QHT-nin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Qonaqları salamlayan "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ulu Öndərinin xatirəsinin Yunanıstanda hörmətlə anıldığını vurğulayıb.
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov dünyanın nüfuzlu siyasətçiləri arasında xüsusi yer tutan Heydər Əliyevin parlaq və şərəfli həyat yolundan, çoxşaxəli dövlətçilik fəaliyyətindən, müasir Azərbaycan dövlətinin müstəqilliyinin əldə olunması, qorunması və möhkəmləndirilməsində əvəzsiz və müstəsna rolundan danışıb. Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş foto-sərgiyə baxıb.
Foto qalereya
Digər xəbərlər