Tbilisidə Novruz xonçası təqdim olunub

29 mart, 2024

Tbilisidə Novruz xonçası təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi”nin tələbələri Novruz adət-ənənələrinə uyğun olaraq Azərbaycan mətbəxinin milli şirniyyatlarından ibarət bayram xonçası hazırlayıblar. 

Şəhər sakinlərini və turistləri milli  şirniyyatlara qonaq edən tələbələr Novruz bayramının tarixi, mahiyyəti haqqında geniş məlumat veriblər. Gənclər xalqımızın zəngin milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini təcəssüm etdirən Novruz bayramının qədim adətlərindən birinin də bayramlaşmaq olduğunu bildiriblər.

Sakinlər soydaşlarımızı bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər