Soydaşlarımız Fransada keçirilən ənənəvi "Günorta yarısı konsertləri"ndə çıxış edib

23 noyabr, 2024

Soydaşlarımız Fransada keçirilən ənənəvi "Günorta yarısı konsertləri"ndə çıxış edib

Fransada ənənəvi "Günorta yarısı konsertləri" adlı tədbir baş tutub. 1981-ci ildə Jak Lagard tərəfindən əsası qoyulan konsert illər ərzində böyük inkişaf yolu keçərək klassik musiqi həvəskarları üçün əvəzsiz bir tədbirə çevrilib.

“Natəvan” həftəsonu məktəbinin müəllimləri, fleytaçı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadənin “Duo Avey” dueti konsertdə iştirak edib. Onlar bəstəkarlar Fikrət Əmirov, Qabriel Forenin, Frank Martin, Sergey Raxmaninov və Karl Raynekenin əsərlərini səsləndirib. Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun musiqiləri sürəkli və gurultulu alqışlarla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər