“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində növbəti təlim keçirilib
22 noyabr, 2024“Diaspor Akademiyası-2” layihəsi çərçivəsində keçirilən 3-cü təlim “Layihələrin hazırlanması” mövzusuna həsr olunub.
Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına layihələrin yazılması, məqsəd və vəzifələrin qoyuluşu, davamlılığı təmin edən amillər, qiymətləndirmə meyarları, hesabatlılıq və sair məsələlər barədə məlumat verib.
Təlim iştirakçıları yaşadıqları ölkələrdə həyata keçirmək istədikləri layihələr, onların dəstəklənməsi üçün alternativ maliyyə qaynaqlarının tapılması, bu sahədə qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi aparıb və təcrübələrini bölüşüb.
Daha sonra layihə büdcəsinin və təqviminin proqnozlaşdırılması metodları, layihənin qeyri-müəyyənliklərinin aradan qaldırılması üçün risklərin idarə olunması, layihə hədəflərinin necə müəyyənləşdirilməsi ilə bağlı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, müvafiq sənədlər nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər