Belçikada Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş tədbir keçirilib
22 noyabr, 2024Belçika Krallığının paytaxtı Brüssel şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Belçikadakı Səfirliyinin və Fireland Belçika Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Fireland Belçika Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, Azərbaycanın Belçikadakı Səfirliyinin 1-ci katibi Tamerlan Babayev, Belçikada fəaliyyət göstərən “Mədəni” platformasının təsisçisi Emin Əliyev tədbirdə çıxış edib. Azərbaycan xalqının əzmi və iradəsi, müasir ordu quruculuğu diqqətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, hərbçilərimizin yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində Vətən müharibəsi xalqımızın böyük zəfəri ilə başa çatdığı qeyd olunub.
Tədbir bədii hissə ilə davam edib. Niderlandda yaşayan həmyerlimiz Sadıq Ağamalıyev, Belçikada yaşayan Sabir Mustafayev və Mikayıl Babayev Azərbaycanın bəstəkarlarının əsərlərini, klassik və retro musiqiləri, xalq mahnılarını səsləndirilib. Fireland uşaq rəqs qrupu, Nigar Şükürova və Novruz Abdullayev müxtəlif rəqs nömrələri ifa edib. Çıxışlar qonaqların sürəkli alqışları ilə qarşılanıb.
Qarabağda yerləşən, Ermənistanın işğalı dövründə vandalizmə məruz qalan, hazırda bərpa və təmir olunan tarixi abidələrin, dini tikililərin əks olunduğu fotolardan ibarət sərgi və Azərbaycan mədəniyyətinə aid guşə iştirakçılarda böyük maraq doğurub.
Foto qalereya
Digər xəbərlər