Soydaşımız “Rusiya Federasiyasının əməkdar inşaatçısı” adına layiq görülüb

29 mart, 2024

Soydaşımız “Rusiya Federasiyasının əməkdar inşaatçısı” adına  layiq görülüb

Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və Tatarıstan Respublikasının dövlət mükafatlarının təqdimat mərasimi keçirilib. Kazan Kremlində baş tutan tədbirdə Kazanda fəaliyyət göstərən “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev tikinti sahəsindəki xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə “Rusiya Federasiyasının əməkdar inşaatçısı” adına layiq görülüb.

Mərasimdə Tatarıstan Respublikasının Baş naziri Aleksey Pesoşın da iştirak edib. “Vicdanlı işinizə və fədakarlığınıza görə sizə təşəkkür etmək istəyirəm. Geosiyasi çətinliklərə baxmayaraq, Tatarıstan sakinlərinin əməyi respublikanın sosial-iqtisadi inkişafını təmin etməyə imkan verir”, - deyə Baş nazir vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızı fəxri ad almağı münasibətilə ürəkdən təbrik edir, ona ictimai və diaspor fəaliyyətində davamlı uğurlar arzulayır. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər