Saloniki Azərbaycan Evində “Zəfər Günü və Bayrağım” adlı tədbir təşkil edilib

11 noyabr, 2022

Saloniki Azərbaycan Evində “Zəfər Günü və Bayrağım” adlı tədbir təşkil edilib

Yunanıstanın Saloniki şəhərində yerləşən Azərbaycan Evində “Zəfər Günü və Bayrağım” adlı bayram tədbiri keçirilib.

 

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan, türk və gürcü düasporunun üzvləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə cəmiyyətin baş katibi Salatın Məmmədli açıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

Cəmiyyətin sədri Rəşid Məmmədov bildirib ki, 8-9 noyabr tarixlərində ölkəmizdə və dünyanın müxtəlif ölkələrində Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunur. Bildirib ki, iki il öncə Azərbaycan xalqı öz liderinin – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Dövlət başçımızın qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağda əldə olunmuş Zəfər tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. “Bu, Qarabağ münaqişəsinə xalqımızın Zəfəri ilə nida qoyduğu gündür. Üçrəngli bayrağımızın yenidən Şuşada, Laçında və başqa şəhərlərimizdə dalğalandığı gündür”, - deyə cəmiyyət sədri əlavə edib.

 

Tədbir musiqi proqramı ilə davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər