Qədim Dərbənddə Novruz bayramı qeyd olunub

28 mart, 2024

Qədim Dərbənddə Novruz bayramı qeyd olunub

Martın 19-da qədim Dərbənd şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Dərbənd Şəhər Deputatlar Məclisinin sədri Həsən Mirzəyev dərbəndliləri milli birlik və həmrəylik bayramı olan Novruz münasibətilə təbrik edib.

Bayramın fəxri qonaqları, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov dərbəndliləri təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Daha sonra Dərbənd Azərbaycan Dövlət Dram Teatrının artistləri Sevda Bəybalayeva, Şükufə Məlikova, Tamilla Mihrabova, Aygün Nəcəfova, Mirzə Cüm-Cüm, Sərxan Səmədov zəngin konsert proqramı ilə çıxış ediblər.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər