Qardabani Təhsil və İnteqrasiya Mərkəzində uşaqlarla görüş keçirilib

19 iyul, 2024

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində uşaqlarla görüş keçirilib

Gürcüstanın Qardabani şəhərində fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib.

Görüş “Parlaq Gələcək” Gənclər Mərkəzi və “SİMART” Sağlam İnkişaf Platformasının birgə təşkil etdikləri “Nağıl gecələri” adlı layihə çərçivəsində baş tutub.

Bildirilib ki, “SİMART” Sağlam İnkişaf Platforması uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələr, animasiyalar, milli nağıllar, kitab və bələdçilər, valideynlər üçün inkişaf proqramları təklif edir.

Uşaqlar “SİMART” Sağlam İnkişaf Platformasının təqdim etdiyi animasiyalardan birini izləyib, onunla bağlı əyləncəli və maraqlı fikirlər söyləyiblər.

Tədbir onların yaradıcılıqlarını və düşüncə qabiliyyətini inkişaf etdirmələri üçün geniş imkanlar yaradıb.

“Parlaq Gələcək” Gənclər Mərkəzinin rəhbəri Araz Musayev “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”nin kitabxanasına 65 ədəd bədii və uşaq ədəbiyyatı hədiyyə edib.

Görüşün sonunda uşaqlara “SİMART” Sağlam İnkişaf Platformasının layihəsi əsasında hazırlanmış “İçərişəhərin sirli sakini” kitabı hədiyyə olunub.

Qeyd edək ki, “Parlaq Gələcək Gənclər Mərkəzi” və “SİMART” Sağlam İnkişaf Platforması bu kimi tədbirləri Gürcüstanın azərbaycanlılar yaşayan digər şəhər və rayonlarında da keçirməyi planlaşdırır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər