Komitə sədri Bişkek şəhərində “Heydər Əliyev-100” xatirə bağını ziyarət edib

30 noyabr, 2023

Komitə sədri Bişkek şəhərində “Heydər Əliyev-100” xatirə bağını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bişkek şəhərinə səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkını ziyarət edib.

“Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev bildirib ki, iki xalq arasında qardaşlığın təzahürü olan bu parkda Azərbaycan icmasının ölkəmizin tarixi günlərinə və bayramlarına həsr olunmuş müxtəlif tədbirləri keçirilir.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan icmasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində parkda yaradılmış “Heydər Əliyev-100” xatirə bağına baxış keçirilib. Bağın girişindəki lövhədə “Heydər Əliyev-100” xatirə bağı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasnın 100 illik yubileyinə həsr olunub. Diasporla İş üzrə Dövlət Komitəsi. 23.11.2023” məlumatı əks olunub.

Ziyarətin sonunda “Heydər Əliyev-100” xatirə bağında ağaclar əkilib.

Xatırladaq ki, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı 11 oktyabr 2022-ci il tarixində baş tutub. Parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər