Polşa parlamentarları Varşava Azərbaycan Evini təbrik edib

27 dekabr, 2023

Polşa parlamentarları Varşava Azərbaycan Evini təbrik edib

Polşa Seyminin rəhbərliyi və üzvləri Varşavada fəaliyyət göstərən Azərbaycan Evini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Polşa Seyminin sədr müavini Vlodzimej Çajastı, üzvləri Katajina Osos və Kşiştof Bosakın adından Varşava Azərbaycan Evinə ünvanlanmış təbrik açıqcalarında soydaşlarımıza xoş diləklər arzulanıb. 

Varşava Azərbaycan Evinin rəhbəri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının sabiq koordinatoru Fərid Cəfərli ölkə parlamentarlarına minnətdarlığını bildirib: “Mən də Polşa Seyminin yeni üzvlərinin, xüsusilə də Seym və Senatın sədr müavinlərinin səsləndirdikləri təbriklərə və bütün xoş arzulara qoşuluram. Milad bayramında və qarşıdan gələn Yeni ildə hər kəsə xoşbəxtlik və bol uğurlar arzulayıram”.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər