Pensilvaniya Universitetində Novruz bayramı qeyd olunub

29 mart, 2024

Pensilvaniya Universitetində Novruz bayramı qeyd olunub

ABŞ-nin Pensilvaniya Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmış Pensilvaniya Azərbaycanlı Tələbələr Klubunun təşkilatçılığı ilə həmin təhsil ocağında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə qədim tarixi olan Novruz bayramı haqqında əcnəbi tələbələrə məlumat verilib, milli mətbəximizin ləziz təamları, Novruz şirniyyatları təqdim edilib. Novruz bayramının adət-ənənələri iştirakçıların böyük marağına səbəb olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər