Nyu Yorkda azərbaycanlı və əcnəbi gənclərin görüşü keçirilib

1 oktyabr, 2024

Nyu Yorkda azərbaycanlı və əcnəbi gənclərin görüşü keçirilib

Nyu York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Azərbaycan-Amerika Gənclər Federasiyası (AAYF) üzvlərinin fəal şəbəkələşməsi və aktiv əlaqələrin qurulması ilə bağlı tədbir keçirilib. Amerika Azərbaycan Gənclərinin I Forumundan sonra keçirilən tədbirdə azərbaycanlı və əcnəbi tələbələr də daxil olmaqla, 45-ə yaxın gənc iştirak edib.

AAYF-in sədri Leyla Aslanova açılış nitqi ilə qonaqları salamlayıb, Federasiyanın  və onun idarə heyətinin üzvlərini qonaqlara təqdim edib. O, AAYF-in bir il ərzində keçirdiyi tədbirlər, iştirak etdiyi görüşlər və forumlar haqqında məlumat verib. Tədbirdə Amerika Azərbaycan Gənclərinin I Forumu, təşkilatın gələcək fəaliyyəti, yeni layihələr və təkliflər ətrafında  fikir mübadiləsi aparılıb. Gənclər öz qabaqcıl təcrübə və biliklərini digər iştirakçılarla bölüşüblər.

Tədbirdə digər ölkələrdən gəlmiş tələbələrə ölkəmiz və onun mədəniyyəti ilə tanışlıq üçün şərait yaradılıb, Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub. Gənclər arasında interaktiv oyunlar keçirilib və qaliblər mükafatlandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər