Niderlandda “Xankəndi” açıqcaları dövriyyəyə buraxılıb

22 oktyabr, 2024

Niderlandda “Xankəndi” açıqcaları dövriyyəyə buraxılıb

Niderlandın PostNL milli poçt operatoru tərəfindən “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Xankəndi” açıqcalarının dövriyyəyə buraxılmasına başlanılıb.

Amsterdamda yaşayan həmyerlimiz, xoreoqraf Səltənət Rəvanqızının müəllifi olduğu layihə Azərbaycanın müstəqilliyinə həsr edilib.

Layihə çərçivəsində “Xankəndi” ilə yanaşı, dünya şöhrətli rəssam Sakit Məmmədovun yaradıcılığına, məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə və qədim Şuşa şəhərinə həsr olunmuş açıqcalar da dövriyyəyə buraxılıb.

Milli tarix və mədəniyyətimizin Niderlandda təbliğinə yönələn “Azərbaycan inciləri” layihəsi çərçivəsində daha öncə Nizami Gəncəvi, İsmayıl Şıxlı, Üzeyir Hacıbəyli, Cövdət Hacıyev, Fikrət Əmirov, Rəşid Behbudov, Əminə Dilbazi və digər görkəmli şəxslərə həsr olunmuş poçt markaları çap edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər