Moldovada Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd edilib

22 oktyabr, 2024

Moldovada Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd edilib

Moldovanın Benderi şəhərində Moldova Azərbaycanlıları Konqresinin (MAK) həftəsonu  məktəbində Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 33-cü ildönümünə həsr olunmuş açıq dərs keçirilib.

Dərsdə Azərbaycan icmasının nümayəndələri və Taras Şevçenko adına Pridnestrovie Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru, elmlər doktoru Viktor Bosyuk iştirak edib.

Məktəbin müəllimi Səidə Səfərova bu əlamətdar günün əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün gördüyü işlər haqqında şagirdlərə ətraflı məlumat verib.

Daha sonra musiqiçi Rəşad Sadıqov skripkada bir neçə musiqi əsəri səsləndirib.

Qonaqlar belə dərslərin keçirilməsinin gənc nəsildə vətənpərvərlik hissinin və tarixi vətənə, xalqa məhəbbətin tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər