Misirdə “Azərbaycanı kəşf et” layihəsinin 4-cü buraxılışına start verilib

29 mart, 2024

Misirdə “Azərbaycanı kəşf et” layihəsinin 4-cü buraxılışına start verilib

Misirin dövlət kanalı olan “Nile news”da “Azərbaycanı kəşf et” layihəsindən bəhs edilib.

“Bu səhər” adlı verilişin əvvəlində müasir Azərbaycanın tanıtımına həsr olunmuş təqdimat nümayiş olunub. “Azərbaycanı kəşf et” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf və ISESCO-nun gənc sülh səfiri Sandi Salem ölkəmiz haqqında geniş məlumat verərək, “Azərbaycanı kəşf et” layihəsindən bəhs ediblər.

Adıçəkilən layihəyə yerli ictimaiyyət tərəfindən böyük marağın olduğu vurğulanaraq, artıq layihənin 4-cü buraxılışına start verildiyi elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar adıçəkilən müsabiqənin növbəti buraxılışı da yaşıl dünya naminə həmrəyliyə həsr olunduğu bildirilib.

Verilişi aşağıdakı linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=yw-DzFfMYco

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər