Milanda Zəfər Günü münasibətilə tədbir keçirilib
19 noyabr, 2024Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan üzrə koordinatoru Fidan Abdullazadənin təşkilatçılığı ilə İtaliyanın Milan şəhərində Zəfər günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan üzrə koordinatoru Fidan Abdullazadə qonaqlara 44 gün davam edən Vətən müharibəsindən, Azərbaycanın tarixində Zəfər Gününün önəmindən, vətən oğullarının qəhrəmanlığından danışıb.
Azərbaycan icmasının ən gənc üzvü, 4 yaşlı Alessia Ali Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şerini səsləndirib.
Tədbirdə iştirakçılara Vətən müharibəsi haqqında italyan və ingilis dillərində məlumatlandırıcı broşürlər və Azərbaycanı xatırladacaq kiçik hədiyyələr paylanılıb.
Qonaqlar belə görüşlərin vacibliyini vurğulayıb, gələcəkdə Azərbaycan icması ilə daha sıx əlaqələrin qurulmasına ümid ifadə ediblər.
Foto qalereya
Digər xəbərlər