Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub

16 noyabr, 2024

Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub

Gürcüstanın Marneuli şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər” adlı cüdo turniri təşkil olunub.

Marneuli şəhərində fəaliyyət göstərən “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində” (GAİM) təşkil olunan turnirdə GAİM, Arıxlı, Qızılhacılı, Araflı və Tamarisi cüdo klublarından 12 çəki dərəcəsində 60 idmançı qələbə uğrunda mübarizə aparıb.

Öncə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

GAİM-in icraçı direktoru Murad Muradov turnirin açılış mərasimində çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb.

Hesabında 9 qızıl medal olan GAİM komandası birinci, 2 qızıl medal qazanan Arıxlı komandası ikinci, Tamarisi komandası isə 1 qızıl medalla üçüncü yerə çıxıblar.

Turnirin sonunda qaliblər və iştirakçılara xatirə hədiyyələri verilib.

Qeyd edək ki, GAİM 2019-cu ildən fəaliyyət göstərir. Mərkəzdə şahmat dərsləri keçirilir, həmçinin, dil kursları, məktəbəqədər, universitetə hazırlıq kursları fəaliyyət göstərir. Bu günə kimi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə də bir çox layihə gerçəkləşdirilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər