Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

10 dekabr, 2024

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov "Azərbaycan Evi"ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan, Marneuli və ətraf kəndlərdə yaşayan sakinləri qəbul edib.

Qəbulun 7-ci günündə 12 nəfər Gürcüstan vətəndaşı soydaşımızın problemləri dinlənilib.

Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:

Tel: +995 599 10 96 90

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər