Benilüks Azərbaycanlıları Konqresinin növbəti qurultayı keçirilib

10 dekabr, 2024

Benilüks Azərbaycanlıları Konqresinin növbəti qurultayı keçirilib

Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) növbəti – 6-cı qurultayı keçirilib.

Qurultayda Azərbaycanın Niderlanddakı Səfirliyinin 1-ci katibi Vüsal İbrahimov, Hollandiya Odlar Yurdu təşkilatının sədr müavini Neymətağa Əliyev, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev, Şimali Hollandiya Azərbaycanlıları Birliyinin sədri Sima Cəfərova, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə, İraq Türkmənlərinin Mədəniyyət Mərkəzinin rəhbəri Cüneyt Avcı və Azərbaycan diasporunun fəal üzvləri iştirak edib.

Qurultay Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin qurultay iştirakçılarına təbriki çatdırılıb.

BAK-ın fəaliyyətinə həsr olunmuş videoçarx göstərilib.

Tədbirin davamında təşkilati məsələlərə baxılıb. Növbəti 4 il müddətinə BAK-ın yeni sədri və 11 nəfərdən ibarət İdarə Heyəti seçilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov yenidən yekdilliklə bu vəzifəyə seçilib.

Daha sonra BAK-ın növbəti 4 il üçün fəaliyyət planı müzakirə olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər