Maqadan vilayətində Novruz bayramı qeyd edilib

29 mart, 2024

Maqadan vilayətində Novruz bayramı qeyd edilib

Rusiyanın Maqadan vilayətində yerləşən Gənclər Mərkəzində Novruz bayramı  münasibətilə tədbir keçirilib. Tədbir Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimovun təşkilatçılığı ilə baş tutub. Bayram tədbirində ümumilikdə 300-dən artıq insan, o cümlədən vilayət rəsmiləri, şəhər sakinləri, Maqadan vilayətində yaşayan müxtəlif icmaların nümayəndələri qatılıb.

Maqadan vilayəti hökumətinin sədri Maksim Sergeyeviç Brodkinin Novruz bayramı münasibətilə soydaşlarımıza ünvanlanmış təbrik məktubu Ramil Rəhimova təqdim olunub. Daha sonra təşkilat sədri hər kəsi yazın gəlişi, birlik və həmrəylik bayramı olan Novruz bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, tədbirdə Maqadan vilayətinin Daxili və İnformasiya Siyasəti naziri Yana Yuryevna Rujanskaya, Gənclər Siyasəti Nazirliyinin Milli Siyasət İdarəsinin rəisi Natalya Aleksandrovna Ştumf da iştirak edib.

Tədbirin bədii hissəsi Vladivostokdan yaşayan həmyerlimiz Zaur Əliyevin ifasında Müslüm Maqomayevin mahnılarının səsləndirilməsi ilə başlayıb. Maqadan vilayətinin yaradıcı kollektivi, Uşaq Xoreoqrafiya Məktəbinin “Ecole de danse” ansamblı, rejissor İrina Klimentyeva, “YararTor” milli özfəaliyyət ansamblının rəhbəri Anna Kay və digərləri yaddaqalan proqramla çıxış edib.

Tədbirin sonunda qonaqlar Azərbaycan mətbəxinin milli təamları, şirniyyatları ilə bəzədilmiş bayram süfrəsi və milli adət-ənənələrimizlə tanış olublar.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər