Manqistau vilayətində yaşayan azərbaycanlı gənclərin görüşü baş tutub

27 mart, 2024

Manqistau vilayətində yaşayan azərbaycanlı gənclərin görüşü baş tutub

“Azərbaycan Mərkəzi” tərəfindən Aktau şəhərində yaşayan azərbaycanlı gənclərin növbəti görüşü baş tutub.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov qonaqları salamlayaraq Azərbaycan Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Direktor ötən ilin fevral ayında “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşəbbüsü ilə Aktau şəhərində ilk dəfə keçirilən “Azərbaycan-Qazaxıstan gənclər əməkdaşlığı Forumu”ndan, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqdan, Manqistau vilayətində baş tutan sosial əhəmiyyətli layihələrdə gənclərin iştirakından danışıb, gəncləri Azərbaycan-Qazaxıstan qardaşlığının inkişafı naminə bu layihələrdə fəal iştirak etməyə çağırıb.

Azərbaycan diasporunun fəal nümayəndəsi Elmir Şahsuvarov bildirib ki, Qazaxıstanda yaşayan Azərbaycan gəncləri öz tarixi vətənlərinin milli maraqların qorunmasına daim öz töhfələrini verirlər.

Sonra Aktau şəhərindəki Azərbaycan diasporunun nümayəndəsi Vahid Quliyev, Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin “Hüquqşünaslıq” kafedrasının müəllimi Zakir Əkbərov, Qazaxıstan Respublikasındakı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndəsi İlqar Qasımov, Vətən müharibəsinin iştirakçısı Emin Xəlilov və gənclər tədbirdə çıxış ediblər. Bildirilib ki, Manqistau vilayətində fəaliyyət göstərən təhsil müəssisələrində 100-dən çox Azərbaycan vətəndaşı təhsil alır.

Tədbirin sonunda qonaqlar üçün iftar süfrəsi açılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər