Londonda Qurban Qurbanovla görüş olub

1 oktyabr, 2024

Londonda Qurban Qurbanovla görüş olub

Böyük Britaniyanın paytaxtı Londonda “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.

Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri, kikboksinq üzrə Dünya və Avropa çempionu Hafiz Baxşəliyev tanınmış futbol mütəxəssisi Qurban Qurbanova onun portretini hədiyyə edib. Rəsmin müəllifi Londonda yaşayan azərbaycanlı rəssam Gülnarə Abilovadır.

Bu hədiyyə Qurban Qurbanovun Azərbaycan futbolunun beynəlxalq səviyyədə tanıdılmasında göstərdiyi xidmətlərə təşəkkür kimi təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər