Litvanın mədəniyyət paytaxtında Novruz bayramı qeyd edilib

27 mart, 2024

Litvanın mədəniyyət paytaxtında Novruz bayramı qeyd edilib

Litvanın mədəniyyət paytaxtı olan Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan icması sədri Əliağa Məmmədovun təşkilatçılığı ilə “Azəris” milli mədəniyyət evində Novruz bayramı qeyd edilib.

Tədbirə soydaşlarımızla yanaşı digər millətlərin nümayəndələri də qatılıb. Qonaqlar ölkəmizin qədim adət-ənənələri ilə daha yaxından tanış olublar.

Tədbirdə “Azəris” Azərbaycan həftəsonu məktəbinin şagirdləri milli rəqslərimizi ifa ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər