Komitə sədrinin Özbəkistana səfəri bu ölkənin KİV-ində geniş işıqlandırılıb
2 iyun, 2023Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Heydər Əliyev İli” çərçivəsində Özbəkistana səfəri bu ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
“Özbəkistan 24” televiziyasında, https://interkomitet.uz, https://yuz.uz, https://oz.sputniknews.uz, https://uza.uz/, https://turkic.world/uz və başqa xəbər portallarında yayımlanan xüsusi reportajlarda və xəbərlərdə Komitə sədrinin Daşkənd şəhərinin Mirabad rayonundakı Heydər Əliyev adına parkda Azərbaycan xalqının ulu öndərinin abidəsini ziyarət etdiyi, ümummilli liderin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yaradılmasının 20 illik yubileyində iştirak etdiyi, Daşkənddə yaşayan Azərbaycan icması ilə görüşdüyü, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olduğu bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində Komitə sədri bir sıra rəsmi şəxslərlə - Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov, Özbəkistan Ali Məclisi Senatının sədr müavini Sadiq Safoyev, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının xarici işlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva, Özbəkistanın mədəniyyət və turizm naziri, xalq artisti Ozodbek Nazarbekov, Daşkənd şəhər meri Şavkat Umurzakov və Səmərqənd şəhərinin meri Fazliddin Umarovla görüşüb. Görüşlər zamanı 2022-ci ildə Azərbaycanda keçirilmiş Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində imzalanmış anlaşma memorandumu çərçivəsində fəaliyyət planı, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün perspektivlər, Özbəkistanda yaşayan 40 mindən çox azərbaycanlının ölkənin ictimai, siyasi, mədəni həyatında rolu, eyni zamanda ulu öndər Heydər Əliyevin iki xalqın, dövlətin dostluq münasibətlərinin daha da möhkəmlənməsində xidmətləri, iki ölkə arasındakı tarixi, mədəni əlaqələr və digər məsələlər müzakirə olunub.
Xüsusi reportajlarda və məlumatlarda Komitə sədrinin müsahibələrinə yer verilib.
Məlumatları aşağıdakı linklərdən oxumaq mümkündür:
https://oz.sputniknews.uz/20230524/ozbekiston-ozarbayjon-madaniy-hamkorlik-35265703.html
https://uza.uz/uz/posts/ozbekiston-ozarbayzhon-aloqalari-rivozhlanmoqda_485803
https://turkic.world/uz/articles/other/103249
https://yuz.uz/news/senat-raisining-birinchi-orinbosari-ozarbayjon-diasporasi-bilan-ishlash-davlat-qomitasi-raisi-bilan-uchrashdi
https://aniq.uz/uz/yangiliklar/uzbekiston-ozarbayjon-bilan-madaniy-hamkorlikni-jadallashtiradi
Digər xəbərlər