Komitə əməkdaşları Zəfər Parkını ziyarət ediblər
27 sentyabr, 2025
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və komitənin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.
Komitə əməkdaşları və qonaq rektorlar xatirə daşının önünə gül dəstələri düzərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, yaşadıqları ölkələrin ictimaiyyətinə bu əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə guşələri yaradılıb, tədbirlər keçirilir.
Foto qalereya
Digər xəbərlər
