İcmamız Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

18 mart, 2024

İcmamız Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Dağlıq Qarabağdan köçən  ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar  dinləmələr keçiriləcək. Bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.

Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlumatlandırıcı məktub ünvanlayıblar. Britaniya Azərbaycan Cəmiyyəti və Qlazqo, Aberdin Tələbə Cəmiyyətləri, eləcə də Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbənin  adından Parlament üzvlərinə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından  isə Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda bu məsələyə dəstək verən deputatlar ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər