Helsinkidə Novruz bayramı qeyd olunub

27 mart, 2024

Helsinkidə Novruz bayramı qeyd olunub

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramı qeyd olunub.

Tədbirə Finlandiyada yaşayan soydaşlarımız, dost və qardaş xalqların, həmçinin yerli ictimaiyyətin nümayəndələri qatılıb.

Əcnəbi qonaqlara Novruz bayramından bəhs olunub, Azərbaycan multikulturalizm diyarı adlı sərgi haqqında məlumat verilib. Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbinin milli geyimli şagirdlərinin və valideynlərinin ifasında Novruza aid tamaşa göstərilib, mahnılar, şeirlər səsləndirilib. Şənlikdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, oyunlar oynanılıb.

Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova tədbirdə fəallığına görə Aygül Rzazadə, Səbinə Əbdürrəhmanova, Esin Avşar, Fəridə Ağayeva, Sura Ağaverdiyeva, Əsgər Savoji, Mona Savojifar, Aylin Cabbarlı, Azər Mövlanverdi, Tufan İmani, Olesia Kuşeleva, Roman İmani, Rəşad İsmayıl, Seva Rüstəmova, Aidyn İmaniyə, Helsinki Azərbaycan evində fəaliyyət göstərən məktəbin şagirdlərinə və iştirakçılara dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda bayram süfrəsi açılıb, qonaqlara milli şirniyyatlar təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər