Gürcüstandakı soydaşlarımızla videokonfrans formatında görüş keçirilib

11 oktyabr, 2024

Gürcüstandakı soydaşlarımızla videokonfrans formatında görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Gürcüstandakı soydaşlarımıza məxsus bəzi qeyri-hökumət təşkilatları ilə videokonfrans formatında görüş keçirilib.

Görüşdə Komitənin Türkdilli dövlətlər və Gürcüstan şöbəsinin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi və Parlaq Gələcək Tədris Mərkəzinin rəhbərləri, müəllim və şagirdləri iştirak edib.

İlk olaraq Parlaq Gələcək Tədris Mərkəzinin gürcü dili, daha sonra GAİM-in gürcü və ingilis dili fənlərinin tədris prosesi izlənilib, müəllimlər dərslərin gedişatı haqqında Komitənin əməkdaşlarına ətraflı məlumat verib.

Komitə əməkdaşları hər iki mərkəzin rəhbər və müəllimlərinə təşəkkür edib, şagirdlərə uğurlar arzulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər