Gürcüstanda yaşayan gənc soydaşlarımız Yunan-Roma güləşi üzrə açıq birincilikdə medala layiq görülüb

19 noyabr, 2024

Gürcüstanda yaşayan gənc soydaşlarımız Yunan-Roma güləşi üzrə açıq birincilikdə medala layiq görülüb

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirmələri Axmeta şəhər bələdiyyəsinin təşkil etdiyi Yunan-Roma güləşi üzrə açıq birincilikdə medala layiq görülüb.

GAİM-in icraçı direktoru Murad Muradov gənc soydaşlarımız üçün məşqlərin Mərkəzin Təlim-İdman Kompleksində təşkil olunduğunu qeyd edib. Hazırda məşqlərdə 35 nəfər gəncin Elçin Mustafayevin rəhbərliyi ilə bu klassik idman növünün sirlərini öyrəndiyini bildirib.

Mərkəzin yarışlarda iştirak edən 7 idmançısından 3-ü – Raul Sadıqov (2-ci yer), Cəsur Mustafayev (3-cü yer), Ömər Mursaqulov (3-cü yer) fəxri kürsüyə çıxıb.

Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər