Finlandiyada soydaşımızın yubileyi münasibətilə konsert proqramı keçirilib

3 oktyabr, 2024

Finlandiyada soydaşımızın yubileyi münasibətilə konsert proqramı keçirilib

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Joensuu Konservatoriyasının piano müəllimi Kamal Aşurbəylinin 60 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Finlandiyanın Joensuu şəhərində təşkil olunan yubiley konsertində şəhərin meri Jene Penttilya, deputat Merja Mäksisalo-Ropponen və Finlandiya Mədəniyyət Fonduna (“Suomen Kultuurirahaston”) daxil olan Şimali Kareliya Fondunun (Pohjois-Karjalan Rahasto) rəhbəri Asko Saarelainen iştirak edib.

Qonaqlar yubilyarı təbrik edib, xoş arzularını dilə gətiriblər.

Konsertdə türk tələbə Furkan Karsavuranın Azərbaycan bəstəkarı Tofiq Quliyevin mahnılarını və xalq mahnımız “Sarı Gəlin”i ifası rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər